Ermənistanın məqsədi cari dövrdə Aİ missiyasının Bakı-İrəvan xəttində “tərəfə” çevirmək, Rusiyanı oyundan uzaqlaşırmaq və yerinə yeni oyunçular daxil etməkdir.
Tribuna.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimalı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanın eskalasiyaya hazırlaşması ilə bağlı dedikləri barədə danışarkən deyib.
Ekspert bildirib ki, məqsəd orta perspektivdə sülh müqaviləsindən yayınmaq üçün zaman qazanmaq, uzaq perspektivdə 44 günlük müharibədən sonra götürdüyü öhdəlikləri arxa plana keçirmək, yeni şərtlər və gündəliyin olduğu danışıqlar masası qurmaqdır:
“Son təxribat buna hesablanmışdı və Qriqoryanın iddiası fonunda bu hücumların genişlənəcəyi gözləntisi daha da artır”.









