ERMƏNİSTAN SPİKERİNDƏN SENSASİON SÜLH SAZİŞİ AÇIQLAMASI: SƏNƏDDƏ QARABAĞ OLMAYACAQ…

ERMƏNİSTAN SPİKERİNDƏN SENSASİON SÜLH SAZİŞİ AÇIQLAMASI: SƏNƏDDƏ QARABAĞ OLMAYACAQ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri əmindir ki, Azərbaycanla sülh sazişində Qarabağ problemi qeyd edilməməlidir.

Tribuna.az SputnikArmeniya-ya istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının bir sıra təklifləri üzrə konsensus əldə olunub. Bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişləri var və onlar orada qeyd olunur. Bunlar ümumi müddəalardır”, – spiker bildirib.

Eyni zamanda, Simonyan qeyd edib ki, Ermənistan tərəfi birmənalı olaraq sənədin mətninə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək “bombalar”ın daxil edilməsinin əleyhinədir. Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır.

Simonyan Ermənistan tərəfinin təkliflərinə Bakının reaksiyası barədə məlumatı olmadığını da bildirib.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bildirib ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Onun sözlərinə görə, söhbət vahid müqavilə layihəsindən gedir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.