Məlum olduğu kimi, ötən həftə İrəvanda “Avroest” qrupunun iclası keçirilib. Tribuna.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bu toplantıya qatılmayıb.
Səbəb isə “Avroest”in Azərbaycana qarşı qərəzli mövqe tutması və ölkəmiz əleyhinə bir neçə “qətnamə”yə səs verməsi olub.
Ermənistanda fəaliyyət göstərən müxalifyönümlü “Birgə” hərəkatı isə İrəvan toplantısının Ermənistan üçün “unikal” imkan yaratdığını, lakin ondan səmərəli istifadə olunmadığını bəyan edib. “Avroest-in toplantısında Ermənistan iki unikal imkanı əldə verdi. Birincisi, Azərbaycandakı məhsubların dərhal qaytarılmasıdır. İkincisi isə Qarabağ ermənilərinin dinc şəkildə geri dönüşünün təmini idi”.
Hərəkat bəyan edib ki, Ermənistanda hakimiyyətdə olan Mülki Müqavilə Partiyası Bakıda mühakimə olunan erməni separatçılarının geri alınmasına qarşı çıxmır. “Lakin paralel olaraq Azərbaycana qarşı tələb də irəli sürüə bilmir”.
Fərda Uğur









