ERMƏNİSTAN Aİ MİSSİYASINI ÖZ TƏCAVÜZKAR SİYASƏTİNİN BİR HİSSƏSİNƏ ÇEVİRİR…” – ŞƏRH

ERMƏNİSTAN Aİ MİSSİYASINI ÖZ TƏCAVÜZKAR SİYASƏTİNİN BİR HİSSƏSİNƏ ÇEVİRİR…” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəticə etibarilə Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. Rəsmi Parisin mövqeyini qərəzli edən əsas məqam isə şübhəsiz 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməməsi və münaqişənin həllində çalışmamasıdır.

Bu sözləri Tribuna.az-a Fransanın Azərbaycana qarşı yaydığı növbəti yalançı və əsassız məqamların əks olunduğu bəyanatla bağlı danışan siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında “əsas rol oynayan” Aİ müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb:

“Halbuki son zamanlar Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüşləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi məhz Aİ-nin missiyası ilə bağlıdır. Sirr deyil ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistan bu missiyanı öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir”.