Ermənistan 500 minlik qaçqın ordusu ilə üz-üzə: Rusiya erməniləri qovur

Ermənistan 500 minlik qaçqın ordusu ilə üz-üzə: Rusiya erməniləri qovur 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla münasibətlərin korlanmasından sonra Rusiya bu ölkəyə qarşı bəzi addımlar atmağa başlayıb.

Tribuna.az xəbər verir ki, bu addımlardan biri Ermənistandan Rusiyaya daşınan kənd təsərrüfatı və bəzi sənaye məhsullarına məhdudiyyət qoymasıdır.

Lakin dünən məlum olub ki, Rusiya İrəvana qarşı daha bir sərt addımatmağa hazırlaşır. Belə ki, Kreml bu ölkədə yaşayan ermənilərə müəyyən sanksiyalar tətbiq etməyə start verib.

“Hraparak” qəzetinin yazdığına görə, dünəndən etibarən vergilərin ödənilməməsi səbəbindən patent və lisenziyaların avtomatik olaraq ləğvi qüvvəyə minib.

Ekspert Mariam Hovsepyan isə deyib ki, bu ermənilərin kütləvi şəkildə axınına səbəb olacaq. Onun sözlərinə görə, belə davam edərsə, Rusiyadan 500 min erməni qaçqın düşmüş olacaq.

Fərda Uğur