Formula 1: Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi oldu

Formula 1: Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Tribuna.az -ın məlumatına görə, “Mersedes” pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayıb.

O, 51 dövrəlik mübarizənin yekununda qalib olub. Beləliklə, Rassell karyerasında ilk dəfə Bakıdakı yarışda titula sahib çıxıb.

“Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

15.04

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Tribuna.az -ın məlumatına görə, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün “Mersedes” pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərib.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək “Mersedes”in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, “Ferrari”dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da “Mersedes” liderdir – 503 xal. “Ferrari” ikinci (358 xal), “Maklaren” (306 xal) üçüncü pillədə qərarlaşıb.

09.14

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.

Tribuna.az -ın xəbər verir ki, ilk olaraq “Formula 2″də ikinci əsas yarış keçiriləcək.

Sonra “Formula 1″də qalibin adına aydınlıq gələcək.

Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq.

Qeyd edək ki, ötən gün “Formula 2″də “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint, “Rodin Motorsport”dan Aleks Dann birinci əsas yarışın qalibi olub.

“Formula 1″də isə “Mersedes” pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərmişdi.

Azərbaycan Qran-prisinədək “Mersedes”in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, “Ferrari”dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da “Mersedes” liderdir – 503 xal. “Ferrari” ikinci (358 xal), “Maklaren” (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində son günün proqramı:

26 sentyabr

11:00. “Formula 2”: İkinci əsas yarış
15:00. “Formula 1”: Əsas yarış.