49 il sonra mesajı üzə çıxdı

49 il sonra mesajı üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin qərbində yerləşən Vadi Cədid bölgəsində bədəvi tərəfindən 1977-ci ilin mayında Malta vətəndaşı Tom Moran tərəfindən qoyulduğu ehtimal edilən qeyd olan şüşə butulka tapılıb.

Tribuna.az xəbər verir ki, “Times of Malta” qəzetinin məlumatına görə, butulka Süleyman Zidan tərəfindən səhranın ucqar ərazilərini araşdırarkən aşkar edilib.

Şüşə metal qutular və qayalı silsilədə yerləşən paslanmış su çəninin arasında olub.

Butulkanın içərisindən əlyazma ilə yazılmış kağız parçası çıxıb. Kağızda “May 1977; Tom Moran; Party 6305; Avich Bay Street; Malta” sözləri qeyd olunub.

Zidanın əmisi oğlu Ayman tapılan qeydin və butulkanın fotoşəkillərini “Times of Malta” qəzetinə göndərərək, mesajı yazan şəxsin kimliyinin müəyyənləşdirilməsinə kömək istəyib.

Qeyddə yaşayış məntəqəsinin adı göstərilməsə də, aparılan araşdırma zamanı 1981-ci il yanvarın 22-də dərc edilmiş hökumət qəzetinin nüsxəsində həmin ünvanda Moran soyadlı şəxsin yaşadığına dair məlumata rast gəlinib.

Daha sonra sosial şəbəkələr vasitəsilə aparılan axtarış nəticəsində Tom Moranın bacısı olduğu müəyyənləşdirilən Karmen Rossiterlə əlaqə saxlanılıb.

Rossiter tapılan qeyd barədə “Mən bunun zarafat olduğunu düşündüm, amma qardaşımın əl yazısını dərhal tanıdım”, – deyə bildirib.

Araşdırma nəticəsində məlum olub ki, Tom Moran 1998-ci ildə 54 yaşında vəfat edib. Beləliklə, onun təxminən yarım əsr əvvəl Misir səhrasında qoyduğu qısa qeyd 48 il sonra yenidən üzə çıxaraq ailəsinə çatıb.