Tribuna.az xəbər verir ki, Çində satılan avtomobillərin 65,2 faizi tam elektrikli və ya plug-in hibrid modellərdən ibarət olub. Bu göstərici ölkə üçün yeni rekord sayılır. Avqust ayında Çində 1,54 milyon avtomobil satılıb. Benzinli avtomobillərin satışları isə illik müqayisədə 40 faiz azalıb. Enerji qiymətlərinin artması elektrikli avtomobillərə marağı artıran amillərdən biri kimi göstərilir. Çin artıq dünyanın ən böyük elektrikli avtomobil bazarıdır. Yerli istehsalçılar elektrikli modellərin sayını sürətlə artırırlar. Bu dəyişiklik qlobal avtomobil sənayesində də böyük təsir yaradır.
İmran Kərimli









