“Ermənilərin fəxrlə qoruduqları daha bir “abidənin” sonu gəldi. Axır ki, Qarabağda ermənilərin bizlərə «göz dağı» kimi saxladıqları və özlərinin göz bəbəyi kimi qoruduqları “Azad “Artsax” sizi salamlayır!” məşhur afişa ətraf əraziləri ilə birlikdə Azərbaycanın əlinə keçdi”. Tribuna.az yazır ki, bu məlumatı Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi paylaşıb. O bildirib ki, Erməni mətbuatı bu afişaya bir “abidə” kimi baxırdı və bunun ətraf əraziləri ilə birlikdə itirilməsini Qarabağ erməniləri üçün böyük itki kimi qiymətləndirir:
“Artıq “Artsaxın” simvolu hesab olunan “Dedo Babo” adlanan “Nənə və baba” heykəli də hədəfimizdədir”.









