ERMƏNİ PATRİARX SÜLHƏ QARŞI: “AZƏRBAYCAN QARABAĞDA QILINCINI…”

ERMƏNİ PATRİARX SÜLHƏ QARŞI: “AZƏRBAYCAN QARABAĞDA QILINCINI…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni patriarx qeyd edib ki, Azərbaycan “qılıncını yelləməkdə” davam edir və Laçın dəhlizinin “blokadası” Qarabağın ermənisizləşdirilməsinə gətirib çıxara bilər.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, saxta soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Böyük Kilikiya Evinin katolikosu I Aram belə danışıb. O deyib ki, “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması qəbuledilməzdir. Katolikosun qeyd edib ki, Ermənistan və “Dağlıq Qarabağ” mümkün qədər tez aradan qaldırılmalı olan bir çox təhlükəsizlik problemləri ilə üzləşib.
I Aram erməni xalqını birləşməyə, dialoqa çağırıb. Sitat:
“Azərbaycanın ərazi bütövlüyünün tanınması təkcə Dağlıq Qarabağ üçün məzar daşı olmayacaq: Azərbaycanın iştahı daha da artacaq”, – patriarx belə hesab edir.