ƏRDOĞANDAN MÜHİM İCLAS…

ƏRDOĞANDAN MÜHİM İCLAS…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabineti ilə Stokholmda Türkiyə əleyhinə hərəkətləri və İsveçin NATO-ya qəbulu prosesini müzakirə edəcək.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda Türkiyəyə qarşı təşkil edilən aksiyalara icazə verən İsveç hökumətinin mövqeyinə qiymət veriləcək.
Kabinə iclasında İsveçin təxribatlara göz yummasından sonra iki ölkə arasında artan gərginlik, İsveçin NATO-ya daxil olması prosesi də müzakirə olunacaq.
Qeyd edək ki, Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandıran aksiya keçirmək üçün icazə alıb.

Tribuna.az