Ərdoğan Türkiyədə dağıntılar altından xilas edilənlərin sayını açıqladı

Ərdoğan Türkiyədə dağıntılar altından xilas edilənlərin sayını açıqladı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərində çalışan xilasedicilər dağıntılar altından 8 mindən çox insanı sağ çıxarıb.
Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Ümumdünya hökumət sammitinin iştirakçılarına videomüraciətində deyib.
Onun sözlərinə görə, 81 min yaralının əksəriyyəti artıq xəstəxanalardan buraxılıb.
“Biz bütün məhv edilmiş şəhərləri tez bir zamanda bərpa etməyi planlaşdırırıq. Dünyanın 100-dən çox ölkəsi, ilk növbədə ərəb dövlətləri bizə yardım göndərib və ya başsağlığı verib”, – Türkiyə prezidenti bildirib.
BMT-nin fevralın 13-də verdiyi məlumata görə, Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində 37 min insan həlak olub. Fevralın 6-na keçən gecə baş verən zəlzələ bir neçə şəhərin tamamilə dağılmasına səbəb olub.