ƏRDOĞAN QIZILAY-IN TƏRƏFİNDƏ – “YALTAQLARA QULAQ ASMAYIN”

ƏRDOĞAN QIZILAY-IN TƏRƏFİNDƏ – “YALTAQLARA QULAQ ASMAYIN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adıyamanın Gölbaşı mahalına səfər edən prezident Ərdoğan Qızılay və AFAD-a ünvanlanan tənqidlərə cavab verib.

Tribuna.az “SonDakika” xəbər agentliyinə istinadən bildirir ki, Ərdoğan açıqlamasında “Bir tərəfdən, AFAD və Qızıl Ayparaya hücum edən bu yaltaqlara əsla qulaq asmayın. Kim sizinlədir, kim sizinlə bu yolda gedir? Millət müqavimət göstərdikcə, heç bir fəlakət, tələ və hücum bizi məhv edə bilməz”, – bildirib.

“Hər bir insan kimi bizim də çatışmazlıqlarımız, qüsurlarımız və səhvlərimiz ola bilər. Təbii ki, itirilən canları geri qaytara bilmərik, amma digər itkiləri kompensasiya etmək gücümüz var”, – Ərdoğan əlavə edib.

“Başqa şəhərlərə gedən vətəndaşlarıma səslənirəm; öz şəhərinizə sahib olun. Ata-baba yurdunuzu tərk etməyin. Yenisini düzəldib sizə verəcəyik. Dağıdılan hər bir kənd evi və tövlə üçün yenisini tikəcəyik. Biz hər bir zədələnmiş fabrik və biznesi bərpa edəcəyik. Hər bir şəhərimiz üçün daha canlı iqtisadiyyat, daha canlı turizm, daha canlı sosial həyat… Biz daha canlı gələcək qurmaq əzmindəyik. Sizdən bir il vaxt istəyirəm”.