ƏRDOĞAN DİGƏR NAZİRLƏRİN QARŞISINDA SOYLUNU DANLADI

ƏRDOĞAN DİGƏR NAZİRLƏRİN QARŞISINDA SOYLUNU DANLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Ərdoğanla Daxili İşlər naziri Soylu arasında bir müddətdir ki, iddia edilən gərginliyin zəlzələ zamanı artdığı irəli sürülüb.

Tribuna.az GazeteDuvar-a istinadən xəbər verir ki, prezident Ərdoğanın Daxili İşlər naziri Süleyman Soylunu AK Partiyanın digər nazirləri və yüksək səviyyəli rəhbərlərinin iştirakı ilə məzəmmət etdiyi, “fəlakətin miqyası barədə tam məlumatlandırılmadığını və müdaxilənin gecikdiyini” bildirdiyi iddia edilib.

İddialara görə, Ərdoğan fəlakətin miqyası ilə bağlı lazımi səviyyədə məlumatlandırılmadığını bildirib və nazir Soyluya əsəbiləşib. Soylunun təqdimatı sona qalıb. İkili arasında gərginliyin artdığı iddia edilib.