Bu gün xüsusilə idmanla məşğul olan gənclərin əlində tez-tez ereji içilərinə rast gəlirik. Gənclər hesab edir ki, idmandan sonra bu içkilər onların susuzluğunu yatıracaq, onları daha da gumrahlaşdıracaq. Bir çoxları belə içkiləri hətta acqarına da qəbul edir. Bu vərdişlər də müəyyən vaxtdan sonra alüdəçilik yaradır.
Tribuna.az xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova bildirib ki, enerji içkiləri gənclərdə vaxtından tez əsəbilik, yorğunluq yaradır. Həkimin fikrincə, gənclər bu içkiləri gümrahlıq üçün qəbul etsə də, onlar nə gümrahlıq yaradır, nə də enerji verir:
“Energetik içkilərin tərkibinə əlavə edilən qatqılar orqanizmə birbaşa öz təsirini göstərir. Bəzən laqeyd yanaşaraq elə fikirləşirlər ki, həmişə içilən içkidir, indiyə qədər heç bir əlavə təsiri görünməyib. Lakin onun qəbulu tədricən orqanizmə öz fəsadını göstərə-göstərə nə vaxtsa ciddi sağlamlıq problemləri əmələ gətirir.
Orqanizmdə D vitamini mənimsənilməsinə zərərli təsir göstərən əsas səbəblərdən biri energetik içkilərdir. Aparılan bəzi tədqiqatlar onun hətta genetikada da böyük rolunun olduğunu göstərir. Energetik içkilər yeniyetməlik dövründə olan uşaqların cinsi cəhətdən formalaşmasına da mənfi təsir edir. Belə içkilərin aludəçisi olan gənclər erkən yaşda şəkərli diabet xəstəliyi problemi ilə üzləşə bilərlər”.
Tribuna.az










