Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam”

Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Elza Seyidcahan canlı efirdə ailəsi ilə bağlı duyğusal etiraflar edib.

Tribuna.az xəbər verir ki, sənətçi uşaqlıq illərində atasının ailəni tərk etdiyini və həmin gündən sonra ondan heç bir xəbər ala bilmədiklərini söyləyib.

İfaçı bildirib ki, uzun illər ailə üzvləri atası ilə bağlı məlumat əldə etməyə çalışsalar da, bütün cəhdlər nəticəsiz qalıb.

Elza Seyidcahan etiraf edib ki, bu günə qədər atasının harada yaşadığını, ümumiyyətlə sağ olub-olmadığını belə bilmirlər.

Sənətçinin bu səmimi açıqlaması efirdə kövrək anlar yaşadıb və sosial şəbəkələrdə izləyicilər tərəfindən geniş müzakirə olunub.