Nəhayət, Ermənistan Azərbaycana hücum etdi. Tribuna.az-a bildirən Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, ekspert Əziz Əlibəyli hesab edir ki, əvvəlcə, Ermənistan Azərbaycan – Ermənistan rəhbərlərinin planlaşdırılan Vaşinqton görüşü haqda informasiya yaydı.

“Daha sonra Qarabağdakı separatçılar guya görüş üçün Azərbaycana xəbər göndərdi. Əlbəttə üçüncü mərhələdə dərhal sərhəddə döyüşlər olmalı idi.
Çünki Soçi qala – qala Vaşinqton niyə olsun ki…
Yekunda, bölgədə Avropa İttifaqının yarım hərbi missiyası arzusuna çatdı – Azərbaycanı fərqi yoxdur, istənilən səbəbə görə ittiham etməyə start verə bilərlər.
Bu arada, Vaşinqton görüşündə sülhün ilkin versiyası ortaya çıxa bilərdi.
Ayrıca, döyüş zonasında xüsusi təyinatlılar işləyib. Görünür demarkasiya gedirmiş.
Qaldı döyüşün baş verdiyi zonaya – köhnə dəhlizin başlandığı yerdir. Üçbucaqdan daxilimizə doğru nə planlaşdırıblar ki.
Aydındı, niyə orda məhz erməni korpus komandiri vardı və yaralanıb?
Demək ki, Paşinyanin “Azərbaycan işğala hazırlaşır” fikrini icra edirmiş”.









