Əliyevin Türk Zirvəsində iştirak məqsədi daşıyan Ankara səfəri bölgədəki proseslər fonunda çox əhəmiyyətlidir.
Tribuna.az yazır ki, bu barədə danışan siyasi şərhçi Asif Nərimanlının fikrincə, Qarabağda və Ermənistanla münasibətlər kontekstində atıla biləcək mümkün addımları Ərdoğanla müzakirə etmək, “saatları yoxlamaq” zərurəti var:
“Öncədə də yazmışdıq: Türkiyədəki seçkilərə qədər Azərbaycanın üçtərəfli razılaşmaların ən azı müəyyən bəndlərinin (bu, Qarabağda silahlı ermənilərin neytrallaşdırılması ola bilər) icrasında və Laçın dəhlizinə nəzarət məsələsində yol qət etməsi vacibdir”.










