Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəfn mərasimi bu gün keçiriləcək.

Tribuna.az xəbər verir ki, bu barədə İranın yarımrəsmi “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, Əli Laricani İsrailin dünən həyata keçirdiyi hücum nəticəsində oğlu və mühafizəçiləri ilə birlikdə həlak olub.

Bundan başqa, qeyd edilib ki, ötən gün öldürülən SEPAH-ın “Bəsic” Təşkilatının rəhbəri general-mayor Rza Süleymaninin cənazəsi də bu gün dəfn olunacaq.

Onlarla vida mərasimi günorta saatlarında Tehranın İnqilab Meydanında keçiriləcək.

Sənan Məmmədli