Nəqliyyatda gediş haqqının 10 qəpik, yəni 33% artması əhalinin cibindən ilə 200 mln. manat artıq pul çıxmasına səbəb olacaq.
Tribuna.az bildirir ki, bu barədə iqtisadçı Natiq Cəfərli yazıb.
O qeyd edib ki, 2022-ci ildə “ƏDV-ni geri al” proqramı ilə əhaliyə 190 mln. manat qaytarılmışdı. Gediş haqqının artırılması ilə əhaliyə qaytarılan 190 mln. manat geri alınıb:
“Hələ üzərində də 10 mln. manat. “Faizi” də camaatın cibindən çıxar”.









