Doqquz yaşında təxminən 200 kiloqram çəki ilə dünyanın ən ağır uşağı olan indoneziyalı Aria Permana 114 kiloqram arıqlayıb. Mədə kiçiltmə əməliyyatından sonra ciddi idman və rejim proqramına əməl edən Permananın bu gün 16 yaşı və 82 kilosu var.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, Aria Permana dünyanın ən kök uşaq rekorduna sahib olub. 9 yaşında onun çəkisi 196 kiloqram idi.
O, adi çəllək və ya duşa sığmadığından evinin kənarında xüsusi tikilmiş kiçik hovuzda çimmək məcburiyyətində qalırdı.
O, adi paltarlara sığmadığı üçün ətrafına saronq dolayırdı.
Artıq çəkisinə görə ölümlə üz-üzə qalan Permana sağlamlığı üçün mədəsini kiçiltmə əməliyyatı etdirib.
Sonra formada qalmaq üçün idman və pəhriz proqramına başladı.
Üç il ərzində o, bədən çəkisinin yarıdan çoxunu, 114 kq çəki itirə bilib.
Final halı görənləri heyrətə salıb.
Permananın indi 16 yaşı var və sağlam çəkisini qorumaq istəyir.












