Alimlər tərəfindən bu yaxınlarda kəşf edilən “C/2022 E3” yaşıl kometası fevralın 1-də Yerə yaxınlaşacaq.
Tribuna.az xəbər verir ki, yaşıl kometa Yerdən 42 kilometr uzaqlıqdan keçəcək. Alimlərin fikrincə, göy cismini Şimal Tacı bürcünün bölgəsində adi gözlə müşahidə etmək olar. İndi kometi yalnız güclü durbin və ya kiçik teleskoplar vasitəsilə görmək olar.
Fevralın 1-də hava aydın olarsa, “C/2022 E3” kometası səmada quyruğu olan tutqun yaşılımtıl parıltı şəklində görünəcək.
Qeyd edək ki, Yaşıl kometa 2022-ci ildə Kaliforniya astronomları tərəfindən kəşf edilib. Hesab edilir ki, kometa sonuncu dəfə Yerin yanından təxminən 55 min il əvvəl, Daş dövründə uçmuşdu və növbəti uçuş olmayıb.
Tribuna.az









