DİM TÜRKİYƏLİ RİYAZİYYATÇININ SUALLARINI OĞURLADI… FOTO

DİM TÜRKİYƏLİ RİYAZİYYATÇININ SUALLARINI OĞURLADI… FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış keçirilən imtahanındakı bəzi suallar türkiyəli riyaziyyatçınln kitabından oğurlanıb.

Tribuna.az yazır ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb. O bildirib ki, imrahanda riyaziyyat fənnindən təqdim edilən və şərti qüsurlu olan test tapşırığı əslində Türkiyəli riyaziyyatçı Mustafa Yağcının kitabından götürülüb tərcümə olunmuş test tapşırığıdır:

“Əlbəttə ki, test tapşırığı qüsurludur. Şagirdlərin ciddi vaxt itkisinə səbəb olub.

Testə cavab kimi: “heç bir qiymətində”, ” cavab yoxdur” kimi variantları qəbul etmək isə gülüncdür.

Cavab bütün şagirdlərin xeyirinə doğru qəbul edilməlidir”.