Daha bir nəfər dənizdə batdı

Daha bir nəfər dənizdə batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Xəzər rayonunda, Buzovna qəsəbəsi ərazisində dənizdə bir nəfərin meyiti aşkarlanıb.

 Tribuna.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, meyit ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə aşkar edilib.

Hadisə ilə əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış işlərinə cəlb olunublar.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.