Dağlıq Qarabağda təmas xəttinə yaxın ərazilərdə Rusiya sülhməramlılarının müşayiəti ilə kənd təsərrüfatı işlərinin təşkili üçün Ermənistan tərəfi ilə aydın sxem hazırlamaq istəyirlər.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bu sxem işin təhlükəsizliyini artırmaq məqsədilə edilir.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı fəaliyyət üzrə koordinasiya mərkəzi RMK komandanlığı ilə birlikdə kənd təsərrüfatı işlərinin təşkili üçün artıq müraciətlərin qəbuluna başlayıb.









