Bazar ertəsi səhər saatlarında Çində 5,9 bal gücündə zəlzələ baş verib, Qırğızıstanda isə güclü təkanlar hiss olunub.
Tribuna.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Çində yeraltı təkanlar yerli vaxtla səhər saat 5.49-da hiss olunub.
Agentlik zəlzələnin Araldan 111 km cənub-şərqdə baş verdiyini bildirib.









