Türkiyənin Hatay vilayətinin Erzin adlı qəsəbəsində zəlzələ zamanı heç bir dağıntının qeydə alınmamasını qəsəbənin CHP-li bələdiyyə sədri ilə əlaqələndirirdilər. Hətta bələdiyyə sədri Ökkeş Eımasoğlu bununla bağlı verdiyi açıqlamada bildirmişdi ki, 50 minlik əhalisi olan qəsəbədə heç bir qaçaq yaxud qanunsuz tikiliyə, inşaata izn verməyib, ona görə də dağıntı qeydə alınmayıb.
Tribuna.az xəbər verir ki, seçki ərəfəsində olan Türkiyədə bunu çoxları CHP-nin uğuru kimi tirajlayır. Halbuki həmin qəsəbədə CHP son, 2019-cu il seçimlərini udub, bundan öncə isə 2014-də və 2009-da həmin qəsəbədə bələdiyyə seçkilərini AKP qazanıb.
İqtisadçı Natiq Cəfərli bildirib ki, cəmi 2,5 ildir qəsəbənin bələdiyyə sədri CHP-lidir:
“Bu zaman kəsimində 3-4 bina tikilib ya tikilməyib, əsas tikinti bumu 2009-2019 arası, AKP dönəmində olub”.










