Türkiyənin ümumilikdə 10 vilayətdə baş verən iki şiddətli zəlzələ çox sayda insan tələfatına səbəb olub.
Tribuna.az “SABAH” xəbər agentliyinə istinadən bildirir ki, sənət ictimaiyyəti əsrin fəlakəti qarşısında birləşdiyi halda, dünya şöhrətli sənətkarlar da təbii fəlakət qarşısında səssiz qala bilmədilər. Amerikalı ulduz Cennifer Lopez Türkiyə üçün ianə çağıranların arasında olub. Cennifer Lopez izləyicilərinə “100 ilin ən güclü zəlzələsidir, xahiş edirəm…” deyə səsləndi.
Məşhur amerikalı sənətçi Cennifer Lopez sosial şəbəkədəki paylaşımında zəlzələdə həyatını itirənlər üçün kədərləndiyini bildirib.
Sənətçi hisslərini belə ifadə edib:










