Büdcə hesabına təmir edirlər, sonra özləri dağıdırlar – Memar

Büdcə hesabına təmir edirlər, sonra özləri dağıdırlar – Memar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı səkini başdansovdu təmir edib, çatlamış daş plitələri səliqəsiz şəkildə dəyişdirməyi təzəcə başa çatdırmışdılar ki, yenə də bir avtomobil düz səkinin üstünə çıxıb!

Tribuna.az xəbər verir ki, bu barədə narazılığını tanınmış memar Elçin Əliyev ictimailəşdirib. O bildirib ki, əvvəlcə büdcənin hesabına səkini təmir edirlər, sonra da təmir edilmiş səkiyə ağır texnika çıxarıb yeni döşənən daşları mıhb edirlər:

“Doğrudanmı, burada birdəfəlik qayda-qanun yaratmaq və avtomobillərin piyadalar üçün nəzərdə tutulmuş əraziyə daxil olmasının qarşısını almaq bu qədər çətindir?

Şəhər təsərrüfatının idarə olunmasında əsl hərc-mərclik hökm sürür! Əvvəlcə büdcə vəsaiti hesabına təmir edirlər, sonra özləri dağıdırlar, ardınca yenidən təmirə başlayırlar”.

Gülşən Rəsul