Ata ilə oğulun meyitləri tapıldı – Dəhşətli qətlin təfərrüatı

Ata ilə oğulun meyitləri tapıldı – Dəhşətli qətlin təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərinin Karaburun rayonunda ata və oğulun qətli ilə bağlı aparılan istintaqda üç nəfər həbs olunub.

Tribuna.az məlumat verir ki, cinayətin arxasında miras mübahisəsinin olduğu iddia edilir. Dayənin qətli etiraf etdiyi öyrənilsə də, qətlə yetirilən Eyüp Durnagölün qardaşı qətlin qardaşının bank hesabındakı külli miqdarda pul və seyfindəki əmlak sənədləri müqabilində planlaşdırıldığını iddia edib.

Belə ki, 43 yaşlı kişinin meyiti rayonun meşəlik ərazisində tapılıb. Durnagöl və 14 yaşlı oğlunun ölümü ilə bağlı istintaqda yeni detallar ortaya çıxıb. Durnagölün ikinci həyat yoldaşı, körpənin dayəsi və dayənin sevgilisi həbs olunsa da, ailə qətlin bank hesabından və seyfdə tapılan əmlak sənədlərindən külli miqdarda pul ələ keçirmək üçün planlaşdırıldığını iddia edir.

“Sabah” qəzetinin məlumatına görə, qətllərlə bağlı aparılan istintaq çərçivəsində Durnagölün 29 yaşlı ikinci həyat yoldaşı Emel Durnagöl, körpələrinin dayəsi Nazlı Kurşun və dayənin sevgilisi Hüseyn Kar həbs edilib. Cütlüyün 1,5 aylıq körpəsi olduğu öyrənilib və iddia edilir ki, Emel Durnagöl digər iki şübhəli ilə birlikdə ərinin əmlakını ələ keçirmək üçün qətli planlaşdırıb.

Həsən Ağa