Türkiyənin Trabzon bölgəsi etiraza qalxıb.
Tribuna.az yazır ki, Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş”la İsrailin təmsilçisi” Hapoel Beer-Şeva” oyunu zamanı gürcü polisinin türk azarkeşlərinə sərt müdaxiləsinə etirazlara səbəb olub. Vətəndaşlar Gürcüstan Baş Konsulluğunun qarşısına toplaşaraq “Qatil İsrail, əlbir Gürcüstan” şüarı səsləndiriblər.
Qeyd edək ki, gürcü polisi üzərində “Fələstin üçün azadlıq” yazılmış bayraqlar və pankartlar asan “Beşiktaş” azarkeşlərini dağıtmaq üçün göz yaşartıcı qaz və dəyənəklərdən istifadə edib. Bəzi azarkeşlərin tikanlı məftillərin arxasında küncə sıxışdırıldığı görüntüləri geniş narazılığa səbəb olub və toqquşmalar stadionun xaricinə yayılıb.
Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Həsən Ağa









