Dünyanın ən çox satılan bədii kitabı hansıdır? 200 milyondan çox oxucunun seçimi

Dünyanın ən çox satılan bədii kitabı hansıdır? 200 milyondan çox oxucunun seçimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, dünya ədəbiyyatında bəzi əsərlər yalnız bədii dəyəri ilə deyil, milyonlarla nüsxəlik satış göstəriciləri ilə də tarixə düşüb. Bu baxımdan ən məşhur romanlardan biri Çarlz Dikkensin 1859-cu ildə nəşr olunan “İki şəhərin hekayəsi” əsəridir.

Guinness World Records-un məlumatına görə, romanın dünya üzrə 200 milyondan çox nüsxə satdığı güman edilir. Əsər Fransa inqilabı dövründə London və Parisdə baş verən hadisələri, sevgi, fədakarlıq və insan talelərini təsvir edir.

Lakin bədii ədəbiyyatın satış rekordları ilə bağlı başqa iddialar da var. İspan yazıçısı Migel de Servantesin 1605-ci ildə nəşr olunan “Don Kixot” romanının 500 milyon nüsxə satıldığı tez-tez qeyd edilir. Bununla belə, bu göstərici müstəqil şəkildə təsdiqlənməyib.

Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri də dünyanın ən çox oxunan kitabları sırasındadır. Paulo Koelyonun “Kimyagər” romanı isə müxtəlif mənbələrdə təxminən 150 milyon nüsxəlik satışla göstərilir.

Beləliklə, dəqiq satış statistikasını müəyyənləşdirmək çətin olsa da, “İki şəhərin hekayəsi” bədii kitablar arasında ən güclü təsdiqlənmiş rekordçulardan biridir.

İmran Kərimli