Tribuna.az Modern.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən ən yaşlı səfirlərin siyahısını təqdim edir:
Məhərrəm Əliyev – 75 yaş
Azərbaycanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. 20 oktyabr 1951-ci ildə anadan olub. 2023-cü ilin 9 dekabrından bu vəzifəni icra edir.
Tamerlan Qarayev – 74 yaş
Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. 30 yanvar 1952-ci ildə anadan olub. 13 dekabr 2018-ci ildən Litvada ölkəmizi təmsil edir.
Vilayət Quliyev – 74 yaş
Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir. 5 noyabr 1952-ci ildə anadan olub. O, 4 may 2022-ci ildən bu vəzifəni icra edir.
Vaqif Sadıqov – 70 yaş
Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir. 2 noyabr 1956-cı ildə anadan olub. 2026-cı ilin sentyabrında bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, siyahıda yer alan diplomatlar müxtəlif dövrlərdə dövlət idarəçiliyi, diplomatiya və xarici siyasət sahələrində mühüm vəzifələrdə çalışıblar.









