Son günlər Ermənistanda Qarabağdan köçən ermənilərə verilən pasportlarda doğum yeri kimi Azərbaycanın göstərilməsi ciddi müzakirələrə səbəb olub.
Tribuna.az xəbər verir ki, separatçılar buna qarşı çıxaraq, qərarın siyasi olduğunu bildirirlər.
Dünən hətta bir qrup separatçı hökumət binasının qarşısında buna etiraz olaraq aksiya da keçiriblər.
Lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan onlara cavab olaraq maraqlı fikirlər səsələndirib. “Bu adamlar deyirlər ki, pasportlarında doğum yeri kimi Azərbaycanın adı qeyd edilməməlidir. Bəs, görəsən, onlar harada anadan olublar? Doğulduqları vaxt Qarabağ ölkə idimi? Əgər bu insanlar Azərbaycanda anadan olublarsa, onda nə yazılmalı idi ki? Onlar özləri Qarabağı məhv etdilər. İndi də bizimlə mübarizə aparırlar”.
Fərda Uğur









