Rusiyanın itkiləri – ŞOK RƏQƏMLƏR

Rusiyanın itkiləri – ŞOK RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibənin 1740-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 653 465 hərbçi, 12 521 ədəd tank, 26 047 ədəd zirehli döyüş maşını, 52 943 ədəd artilleriya sistemi, 2 313 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 783 hava hücumundan müdafiə sistemi, 456 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 261 ədəd yerüstü robot-texnika kompleksi, 625 223 ədəd PUA, 181 925 ədəd avtomobil texnikası, 5 278 qanadlı raket, 36 gəmi/kater, 2 sualtı qayıq, 4 962 xüsusi avadanlıq itirib.