“TRIPP layihəsinin başlanması Rusiyanın əvvəlki planlarını pozub, lakin onun regiondakı mövcudluğu hiss olunmağa davam edəcək”.
Tribuna.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Andrey Zeltin səsləndirib.
O deyib ki, Rusiya layihəyə mane olmayacaq. “Əksinə müsbət həllər tapmağa və bu dəhlizin işində rolunu gücləndirməyə çalışacaq”.
Zeltin qeyd edib ki, Azərbaycan və Türkiyə Rusiyanın regional siyasəti üçün vacibdir və layihənin həyata keçirilməsində maraqlıdırlar. “Bu, Moskvanın layihəyə mane olmamaq, əksinə, orada iştirak etməyə çalışması üçün ciddi səbəbdir”.
Fərda Uğur









