Sikorski Moskvanın Ukraynanın Afrikadakı hücumlarına etirazını lağa qoydu

Sikorski Moskvanın Ukraynanın Afrikadakı hücumlarına etirazını lağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukraynanın Afrikada həyata keçirdiyi hərbi əməliyyatlara etirazını istehza ilə qarşılayıb.

RBC-Ukrayna-nın məlumatına görə, Sikorski noyabrın 27-də verdiyi açıqlamada Ukraynanın müharibədə uğurlarının artdığını və bunun hətta Rusiya təbliğatçılarının reaksiyalarında da özünü göstərdiyini bildirib.

“Rusiya təbliğatçılarının dediklərinə baxın: ukraynalılar Afrikada necə hücum edə bilərlər? Mövcudluğunu belə inkar etdikləri bir xalq və ölkə üçün bu, heç də pis nəticə deyil”, – deyə nazir vurğulayıb.

Sikorski Rusiyanın Kiyevə raket zərbələrini də İkinci Dünya müharibəsinin sonlarında nasist Almaniyasının Londona V-2 ballistik raketləri ilə hücumları ilə müqayisə edib. O bildirib ki, Kiyevin əhalisi şəhəri tərk etməyə məcbur edilsə belə, Ukrayna ordusu Rusiyanın irəliləyişinin qarşısını almaqda davam edəcək.

Polşa XİN rəhbəri qeyd edib ki, avtoritar dövlətlər qorxutma, təxribat və terrorçuların göndərilməsi məsələsində demokratik ölkələrdən üstün imkanlara malik ola bilərlər.

Xatırladaq ki, noyabrın 22-də Ukraynanın dəniz dronları Liviyanın Benqazi limanı yaxınlığında Rusiya gəmilərinə hücum edib. Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra “Merkuriy” korvetinin vurulduğunu təsdiqləyib və əməliyyatın görüntülərini yayıb.

Sonradan Zelenski əməliyyatın Avropalı tərəfdaşlarla əvvəlcədən razılaşdırılmadan həyata keçirildiyini də etiraf edib. Bu hadisə İtaliyanın Baş naziri Corcia Meloninin tənqidinə səbəb olub.

İmran Kərimli