Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpasına 496 543 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, vəsaiti Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ayırıb.
Qurum hazırda işləri görəcək şirkətin axtarışındadır.









