Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Salyanda “ASAN xidmət” mərkəzinin açılışını edib.
Açılış mərasimində dövlət başçısına innovativ yeniliklər, o cümlədən “Evə dönüş” layihəsi barədə də məlumat verilib.
“Evə dönüş” layihəsi işğaldan azad edilmiş ərazilərdə yerləşən qəsəbə və kəndlərə sakinlərin köçürülməsinə dəstək məqsədilə yaradılıb.
Belə ki, sakinlər baş planı hazır olan yaşayış məntələrində ev seçimini portal üzərində həyata keçirə biləcəklər.
Eyni zamanda, sakinlər ixtisas və peşələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün portal üzərindən müraciət imkanı da əldə edəcəklər.









