BU ŞİRKƏT 6000 ŞƏXSİ İŞDƏN ÇIXARACAQ – SƏBƏB

BU ŞİRKƏT 6000 ŞƏXSİ İŞDƏN ÇIXARACAQ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya mərkəzli elektronika şirkəti Philips, şirkətin xərclərini azaltmaq üçün dünya üzrə 6 min nəfəri işdən çıxaracağını açıqladı.

Tribuna.az “Thewallstreet” jurnalına istinadən xəbər verir ki, Philips-dən 2022-ci ildəki satışları ilə bağlı verilən açıqlamada satışların azaldığı və şirkətin 1,6 milyard zərər etdiyi bildirilib. Açıqlamada şirkətin 2023-cü ildə dünya üzrə 6 min nəfəri işdən çıxaracağı bildirilib. Onların 1100 nəfərinin Hollandiyanın paytaxtı Amsterdam və Eyndhovendə olduğu qeyd edilib.

Qeyd edək ki, dünya üzrə 80 minə yaxın işçisi olan şirkət xərcləri azaltmaq üçün ötən ilin oktyabrında yenə 4 min nəfəri işdən çıxarmışdı.