Çimərliyi ilə məşhur olan Xorvatiyanın Split tətil şəhərində bikini və çimərlik geyimində gəzmək qadağandır. Qaydalara əməl etməyənlər 150 avro cərimə olunacaqlar.
Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, qanun yanvarın 1-dən etibarən qüvvəyə minib. Açıqlamada şəhər mərkəzinin 21 “radar” tərəfindən izləniləcəyi bildirilib.
Eyni zamanda, ictimai yerlərdə spirtli içki qəbul edənlər 150 avro, itlərini ipsiz gəzdirənlər isə 66 avro cərimələnəcək.









