Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 40 nəfər ölüb.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Braziliya prezidenti Lula da Silva təbii fəlakət bölgəsinə baş çəkib, onlarla insan üçün axtarış-xilasetmə işləri davam edir.
San-Paulu qubernatoru Tarçisio Qomes de Freitas açıqlamasında bildirib ki, güclü yağışlar nəticəsində Ubatuba, San Sebastiao, İlhabela, Karaquatatuba və Bertioqa əyalətlərində fəlakət vəziyyəti elan edilib.
Sel və torpaq sürüşmələri səbəbindən 228 nəfərin təxliyə edildiyi, 338 nəfərin evsiz qaldığı, 40 nəfərin həyatını itirdiyi açıqlanıb.









