Müştərilərlə kobud rəftara və pis xidmətə görə ad çıxaran “Bolt” taksi sürücüləri sərnişinləri narazı salmaqda davam edir.
Tribuna.az xəbər verir ki, Leyla adlı xanım “Bolt” taksi sürücüsünün kobudluğu il üzləşib və bu barədə yazıb. Qeyd edib ki, sürücülər sərnişinləri gözlədir, kobud rəftar edir.
“Şikayətim “Bolt”un sürücüsündəndir. Yarım saatdır məni gözlədir. Ancaq xəbər də etmir ki, gəyməyəcək. Xəritəyə baxıram ki, dayandığı yerdən tərpənmir. Gəlmirsən, xəbər et, niyə gözlədir, gecikdirirsiz bizi. Onu da qeyd edim ki, ödənişi nəğd edəcəkdim”.










