BLOOMBERG – “TÜRKİYƏ QIZIL İDXALINI QİSMƏN DAYANDIRACAQ”

BLOOMBERG – “TÜRKİYƏ QIZIL İDXALINI QİSMƏN DAYANDIRACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti qızıl idxalını qismən dayandırmaq qərarına gəlib.

Tribuna.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu qərar zəlzələlərin iqtisadi nəticələrini yumşaltmalı olan plan çərçivəsində qəbul edilib.

Agentliyin məlumatına görə, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi artıq müvafiq fərman hazırlayıb. Sənəd xaricdən qızıl idxalının dayandırılmasından bəhs edir. Söhbət “malların qəbulu zamanı nağd ödəniş” kateqoriyasına aid olan metaldan gedir.

Qeyd edək ki, bu barədə nazirlik Bloomberg-in sorğusuna cavab verməyib.