“BİZ DƏ MOSKVANI “MOSKOVİYA” SANK-PETERBURQU “LENİNQRAD” ADLANDIRAQ” – HƏRBİ EKSPERT

“BİZ DƏ MOSKVANI “MOSKOVİYA” SANK-PETERBURQU “LENİNQRAD” ADLANDIRAQ” – HƏRBİ EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz də ilkin mərhələdə Azərbaycanda rus ordusunu “raşist ordusu”, Moskvanı “Moskoviya”, Sankt-Peterburqu “Leninqrad”, Kuril, Saxalin , Şikotan və İrturup adalarını isə Yaponiya əraziləri adlandırmalıyıq.

Tribuna.az xəbər verir ki, belə bir təklif irəli sürən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməniməramlı komandanlığı İlham Əliyevin Qarabağ ərazisinin bizim qanunvericiliyə görə düzgün adlandırılması və suverenliyimizə hörmət edilməsi ilə bağlı müraciətinə məhəl qoymursa, biz də bu addımı atmalıyıq:

“Nəticə çıxarmasalar, iynənin diametrini, dozasını və dərinliyini bir az artırarıq. RSK-nın bu kimi təxribatçı addımları barədə Bakıya gələn Lavrovdan da hesab soruşmaq yerinə düşər”.