“Bir dəfə eşitmədik ki, Tarif Şurası qiymətləri aşağı salıb” – Tahir Kərimli

“Bir dəfə eşitmədik ki, Tarif Şurası qiymətləri aşağı salıb” – Tahir Kərimli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çıxışlara qulaq asıram, həmkarlarım dərmanların baha olmasından gileylənir. Onların hər birinin fikirləri ilə razıyam. Bir dəfə eşitmədik ki, Tarif Şurası qiymətləri aşağı salıb”.
Bunu deputat Tahir Kərimli deyib:
“Tarif Şurası ancaq qiymətləri qaldırmaqla məşğuldur. Deyirlər ki, dərmanlar ona görə bahadır ki, daşıma xərcləri, ödənişlər çoxdur. O zaman dövlət kasıb təbəqəni düşünməli və apteklər açmalıdır. Dərmanları da kasıb təbəqənin büdcəsinə uyğun qiymətə satmaq lazımdır”.