İspaniyanın Əndəlusiya Muxtar Administrasiyasına bağlı olan sahilyanı Huelva şəhərində binada naməlum səbəbdən yanğın baş verib.
Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, Əndəlus Muxtar İdarəsindən verilən açıqlamada baş verən yanğında Huelva Universitetində təhsil alan 21 yaşlı 3 tələbənin evdə huşsuz vəziyyətdə olduğu bildirilib.
Xəstəxanaya aparılan tələbələr bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Hadisə şahidləri mənzildə qısa müddətdə yayılan alovdan 7 nəfərin xilas olduğunu, 3 nəfərin isə köməksiz vəziyyətdə qaldığını bildirib.
Yanğının zaldakı qızdırıcıdan başladığı düşünülür.
Hadisə ilə bağlı araşdırma başladılıb.









