Bəstəkar şikayət etdi, “YouTube” 5 milyon baxışı olan mahnını sildi

Bəstəkar şikayət etdi, “YouTube” 5 milyon baxışı olan mahnını sildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əməkdar artist Vasif Məhərrəmli ilə Vəfa Şərifovanın ifa etdiyi və beş milyon baxışı olan “Nazlanma, qəmzələrin oxdur” mahnısı “YouTube” platformasından silinib.
Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mahnı bəstəkar Mənsur Səssizin şikayəti əsasında silinib.
Bəstəkar saytımıza açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu addımının səbəbi Vasif Məhərrəmli ilə Vəfa Şərifovanın müəllif hüquqlarını pozması ilə əlaqədardır:
“Bu mahnı “Eşqin 7 şəhəri” operasından götürülüb. Əsəri onlardan əvvəl mənimlə Xalq artisti Gülyanaq Məmmədova ifa edib. Onlar mahnımı oğurlayıblar və sonra icazəsiz oxuyublar. Mahnının sözlərini dəyişiblər, ayaq altına salıblar. Qoyduğum tələblərin heç birinə əməl etmədiklərindən “YouTube”da beş milyonluq baxış sayı olan mahnını sildirdim. Sonra onlar mahnını ikinci dəfə “YouTube”a yerləşdirdi. 90 min baxış yığdı. Mən bu dəfə mahnının səsini aldırdım. Sabah da ümumiyyətlə sildirəcəm”.