Bəsicin komandiri evinin öndündə öldürüldü: 14 bıçaq zərbəsi

Bəsicin komandiri evinin öndündə öldürüldü: 14 bıçaq zərbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Tehranda, Pardis məhəlləsi yaxınlığında Bəsicin qəddar komandirlərindən biri olan Məhəmməd Şirməhəmmədian öldürülüb.

Tribuna.az xəbər verir ki, hadisə zamanı naməlum maskalılar Bəsic rəsmisinə 14 bıçaq zərbəsi endiriblər.

Polis və kəşfiyyat hadisəni törədən şəxslərin axtarışına başlayıb.

Sosial şəbəkələrdə isə məlumat yayılıb ki, İranda qisas qrupları yaradılıb və onlar aksiyaları dağıdan, habelə rəsmi şəxslərə hücumlar təşkil etməyi qarşılarına hədəf qoyublar.

Fərda Uğur