Macarıstanın baş naziri Viktor Orbanın ölkəsinin sərhədləri ilə bağlı kobud səhvə yol verməsi macar səfirin Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmasına səbəb olub.
Tribuna.az xəbər verir ki, baş nazir çıxışı zamanı ölkəsinin şərqdən Rusiya ilə sərhəd olduğunu deyib.
Sitat: “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir… Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik”.
Halbuki Macarıstanın ümumiyyətlə Rusiya ilə sərhədi yoxdur. Mərkəzi Avropa dövləti olan Macarıstan şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir.
Baş nazirinin buraxdığı səhvə görə macar səfir artıq Ukrayna XİN-ə dəvət olunub.









